0
Sunday 10 October 2021 - 17:19

Terrorçular İraqda məqsədlərini nail ola bilmədi

Story Code : 958041
Terrorçular İraqda məqsədlərini nail ola bilmədi
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məntəqədən bir qədər uzaq məsafədə dayanan avtomobildən açılan aramsız atəş nəticəsində iki polis əməkdaşı yaralanıb.

Təhlükəsizlik xidmətinin əsgərləri tərəfindən qarşılıqlı atəşə tuş gələn cinayətkarlar dərhal hadisə yerini tərk ediblər.

Polis və xüsusi xidmət orqanları genişmiqyaslı əməliyyata başlayaraq məntəqəni atəşə tutanları axtarmağa başlayıb.

Qeyd edək ki, bu gün İraqda növbədənkənar parlament seçkiləri keçirilir. Parlament seçkilərində 167 partiyadan 3 min 249 namizəd iştirak edir. Seçki məntəqələri yerli vaxtla saat 07:00 açılıb və 18:00 bağlanacaq.

İraqın Mərkəzi Seçki Qərargahının verdiyi məlumata əsasən, əhalinin 69 faizi səsvermədə iştirak edib.