QR CodeQR Code

HƏMAS yenə İsraili qorxuya saldı

10 Oct 2021 20:22

İslamTimes: Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS yeni raketini sınaqdan keçirib.


Qüds kanalının verdiyi xəbərə görə, Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS öz müdafiə gücünü daha da artırmaq istiqamətindəki fəaliyyətlərinin davamında yeni raketini sınaqdan keçirib. Sınaq dəniz sularında həyata keçirilib.

Maraqlı məqamlardan biri budur ki, sionist rejim tez-tez HƏMAS Müqavimət Hərəkatının raket sınağı haqda xəbərlər yayımlasa da HƏMAS özü nadir hallarda belə xəbərlər yayımlayır. Bu isə uyğun raketin önəmli sıradan bir raket olmadığı anlamına gəlir.

Bu mövzu ilə bağlı İsrailin "Kanal 12" şəbəkəsi təqribən bir həftə öncə iddia etmişdi ki, HƏMAS Hərəkatı Qəzza sahilindən dəniz istiqamətində 4 raket atəşi edib.

Fələstin Müqaviməti bir neçə ay öncə elan etmişdi ki, Sionist rejimin təcavüzünün başa çatmasından sonra Fələstin raket istehsalına yenidən start verib.


Story Code: 958058

News Link :
https://www.islamtimes.org/az/news/958058/həmas-yenə-israili-qorxuya-saldı

Islam Times
  https://www.islamtimes.org