0
Sunday 10 October 2021 - 22:43

Bayden sionist rejimlə ərəblər arasındakı normallaşmanı yavaşladıb

Story Code : 958070
Bayden sionist rejimlə ərəblər arasındakı normallaşmanı yavaşladıb
ABŞ-ın "Hill" jurnalı öz hesabatında qeyd edir ki, ABŞ-ın hazırkı rəhbərliyi sionist rejimin ərəb ölkələri ilə münasibətlərini normallaşdırması prosesində çox az irəliləyiş əldə edə bilib.

Nəşriyyə yazır: "İsrail ilə ərəb ölkələri arasındakı razılaşma ("Abraham Accords" - İbrahim razılaşması) tərəfdarları düşünür ki, bu razılaşma Amerikada təkcə bir partiyanın dəstəyi ilə məhdudlaşmır. Amma bu gün ABŞ Konqresindəki iki qütblülük Tel-Əvivlə ərəblər arasındakı münasibətlərin bərpası prosesinə böyük zərbədir. Onlar düşünür ki, Bayden Donald Trampın İsrailə xidmət zəminində başlatdığı prosesi daha da irəli aparmağa qadirdir. Amma nədənsə bu proses nəinki daha da irəliləməyib, hətta demək olar ki, tam dayanıb..."