QR CodeQR Code

Ərəb ölkələri Suriya ilə münasibətləri bərpa edir

إسلام تايمز , 10 Oct 2021 23:36

İslamTimes: Amerikadan ümidini üzmüş ərəb ölkələri Suriya ilə münasibətləri bərpa edir


"Reuters" xəbər agentliyinin verdiyi məlumata görə, Amerikanın başı Çinlə arasında yaşanan gərginliyə qarışdığı zaman ABŞ-ın ərəb müttəfiqləri Suriya dövləti ilə münasibətləri normallaşdırmağa çalışır.

Baxmayarıq ki, Qərb hələ də Suriyada illərdir yaşanan qanlı mübarizələrə görə Bəşar Əsədi müqəssir kimi təqdim edir, amma ərəb ölkələri artıq Suriya ilə soyuq münasibətlərdən, isti rabitələrə keçməyə və iqtisadi, diplomatik əlaqələr qurmağa çalışır.

Suriyada builki prezident seçkilərində Bəşar Əsədin inamlı qələbəsindən sonra, ərəb ölkələri rəsmi Suriya ilə yaxınlaşmağa daha da sövq olub. Onlar bu seçkidən sonra anlayıblar ki, Bəşar Əsəd hələ də Suriyada böyük dəstəyə malikdir və o bu gün də sarsılmazdır.


Story Code: 958078

News Link :
https://www.islamtimes.org/az/news/958078/ərəb-ölkələri-suriya-ilə-münasibətləri-bərpa-edir

Islam Times
  https://www.islamtimes.org