0
Monday 11 October 2021 - 00:42

ÜST rəsmisi: "Koronavirusla mübarizədə yolun hələ 60%-i qət edilib"

Story Code : 958082
ÜST rəsmisi: "Koronavirusla mübarizədə yolun hələ 60%-i qət edilib"
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan İsveçrənin “SonntagsBlick” qəzetinə verdiyi müsahibəsində bildirib.

“Ümid edirəm ki, tezliklə yolun 60%-ni keçəcəyik. Ancaq başqa bir gözlənilməz dağı aşmaq məcburiyyətində qalmağımız istisna deyil”, - təşkilat nümayəndəsi belə deyib.

Onun sözlərinə görə, “marafon”un yaxın vaxtlarda başa çatması barədə danışmaq hələ tezdir, başqa hansı maneələrin ortaya çıxa biləcəyi hələ məlum deyil.

“Yeni variantların ortaya çıxması – pandemiyanın bizi təvazökar olmaq məcburiyyətində qoyan əlamətlərindən biridir”, - deyə Svaminatan əlavə edib.

ÜST nümayəndəsi əhalini infeksiyadan qorumaq və başqa mutasiyaların yaranamasının qarşısını almaq üçün peyvəndləmə prosesinin sürətinin artırılmasına çağırıb.

ÜST-ün məlumatına görə, pandemiya başlayandan bəri dünyada 236 milyondan çox koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Virus 4,8 milyon insanın həyatına son qoyub. Ən kritik vəziyyət ABŞ, Hindistan və Braziliyada müşahidə edilib.