0
Monday 11 October 2021 - 00:55

Azərbaycanla İranı bir-birinə qarşı çıxarmaq asan olmayacaq!

Story Code : 958092
Azərbaycanla İranı bir-birinə qarşı çıxarmaq asan olmayacaq!
Kult.az xəbər verir ki, tanınmış politoloq Elxan Şükürlü foto paylaşaraq, hadisəyə müsbət reaksiya verib.

O, Nizami Gəncəvini İran və Azərbaycanın ortaq dəyərlərindən biri kimi xarakterizə edib və bildirib ki, bizi ayırıb düşmənə çevirmək asan olmayacaq:

“Elə sonda da məhz bizi birləşdirən bu dəyərlər və sağlam düşüncə qalib gələcək! Qoy bu foto son günlər gərginləşən İran-Azərbaycan münasibətləri fonunda bir-birinin bayraqlarını aşağılayan bəzi bayraqdanxəbərsiz düşüncəsizlərə, fitnəkar və təhrikçilərə etirazım olsun!

Unutmayın ki, hər iki ölkədə bu bayraqların ucalığı üçün minlərlə şəhid verən və o bayraqlar üçün ölməyə hazır milyonlarla soydaşlarımız, din qardaşlarımız var!”

E.Şükürlü Azərbaycan-İran-Türkiyəni üz-üzə gətirib, onları düşmən etmək istəyənlərin kimliyini və niyyətlərini anlamaq üçün də çağırış edib.

Bu paylaşımdan sonra E.Şükürlünün Azərbaycan-İran-Türkiyə münasibətləri haqda istəklərini dəstəkləyənlər daha çox olub