QR CodeQR Code

"Taliban" rəsmisi: "Əfqanıstan İŞİD-lə mübarizədə ABŞ-ın köməyinə ehtiyac duymur"

11 Oct 2021 08:14

İslamTimes: “Taliban” hərəkatının qüvvələri Əfqanıstanın müxtəlif bölgələrində İŞİD terror qruplaşmasına qarşı uğurlu əməliyyatlar həyata keçirir.


APA TASS-a istinadən xəbər verir ki, bunu radikalların nümayəndəsi və Əfqanıstandakı müvəqqəti hökumətdə məlumat və mədəniyyət nazirinin müavini olan Zabiullah Mücahid bildirib.

“Ölkənin müxtəlif bölgələrində İŞİD-i məhv etmək üçün əməliyyatlar davam edir. İŞİD yaraqlılarının bir çoxu məğlub edilib, onların çox vacib gizlənmə yerləri tapılıb və biz onları araşdırırıq”, - deyə Əfqanıstanın “TOLO News” telekanalı Mücahiddən sitat gətirib.

Mücahid bildirib ki, İŞİD Əfqanıstan üçün təhlükə yaratmır və “Taliban” bu qrupla sərbəst mübarizə apara bilir: “İŞİD-lə mübarizədə Əfqanıstan İslam Əmirliyi ABŞ-ın köməyinə ehtiyac duymur”.


Story Code: 958109

News Link :
https://www.islamtimes.org/az/news/958109/taliban-rəsmisi-əfqanıstan-işid-lə-mübarizədə-abş-ın-köməyinə-ehtiyac-duymur

Islam Times
  https://www.islamtimes.org