0
Monday 11 October 2021 - 08:14

"Taliban" rəsmisi: "Əfqanıstan İŞİD-lə mübarizədə ABŞ-ın köməyinə ehtiyac duymur"

Story Code : 958109
"Taliban" rəsmisi: "Əfqanıstan İŞİD-lə mübarizədə ABŞ-ın köməyinə ehtiyac duymur"
APA TASS-a istinadən xəbər verir ki, bunu radikalların nümayəndəsi və Əfqanıstandakı müvəqqəti hökumətdə məlumat və mədəniyyət nazirinin müavini olan Zabiullah Mücahid bildirib.

“Ölkənin müxtəlif bölgələrində İŞİD-i məhv etmək üçün əməliyyatlar davam edir. İŞİD yaraqlılarının bir çoxu məğlub edilib, onların çox vacib gizlənmə yerləri tapılıb və biz onları araşdırırıq”, - deyə Əfqanıstanın “TOLO News” telekanalı Mücahiddən sitat gətirib.

Mücahid bildirib ki, İŞİD Əfqanıstan üçün təhlükə yaratmır və “Taliban” bu qrupla sərbəst mübarizə apara bilir: “İŞİD-lə mübarizədə Əfqanıstan İslam Əmirliyi ABŞ-ın köməyinə ehtiyac duymur”.