QR CodeQR Code

Fələstin rəsmisi Pompeoya: 7 milyon fələstinli kosmosdan gəlməyib!

إسلام تايمز , 11 Oct 2021 19:34

İslamTimes: ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun sionist rejimlə bağlı son açıqlamaları Fəth hərəkatının mərkəzi komitəsinin üzvü Hüseyn əş-Şeyxin tutarlı cavabı ilə qarşılaşıb.


Əl-Qüds Əl-Ərəbiyə informasiya agentliyinin məlumatına görə, Pompeo bu həftə İordan çayının qərb sahilindəki sionist şəhərciyində təşkil edilən mərasimdə deyib: "İsrail rejimi nə işğalçı, nə də aparteid rejimidir. İsrail tamamilə demokratik bir dövlətdir."

Pompeo İordan çayının qərb sahilinə işarə edərək, "bura İsrail xalqının qanuni vətənidir" deyib.

Bu iddialara cavab olaraq Hüseyn əş-Şeyx bildirib: "7 milyon fələstinli bu torpaqda yaşayır, onlardan bəziləri doğma vətənlərindən zorla çıxarılıb, qovuldu. Bu fələstinlilər aydan gəlməyib! Fələstinlilər bu torpaqlarda yaşamaq haqqını babalarından miras alıblar!"

Fələstin Statistika İdarəsi bu yaxınlarda elan edib ki, dünyada təxminən 13 milyon fələstinli yaşayır.


Story Code: 958206

News Link :
https://www.islamtimes.org/az/news/958206/fələstin-rəsmisi-pompeoya-7-milyon-fələstinli-kosmosdan-gəlməyib

Islam Times
  https://www.islamtimes.org