0
Tuesday 12 October 2021 - 12:56

"Hizbullah" lideri bölgədəki vəziyyəti dəyərləndirib - Təfərrüat

Story Code : 958312
"Hizbullah" lideri bölgədəki vəziyyəti dəyərləndirib - Təfərrüat
Çıxışında Nəsrullah bütün rəsmilərdən seçkilərin müəyyən olunmuş tarixdə keçirilməsini istədiklərini ifadə edib və xaricdə yaşayan livanlıların ədalətli bir şəkildə seçkilərə qatılma imkanlarının olmadığını vurğulayıb.

Seçkilərin ədalətli bir mühitdə keçirilməsinə çağırış edən Nəsrullah xaricdəki bütün livanlıların seçkilərə qatılmasını arzulayıb.

"Hizbullah" lideri elektrik və enerji böhranına işarə edərək, bu kontekstdə çox yaxşı bir addım atdığına görə Livan ordusuna təşəkkür edib.

Livanın böhranı həll etmək üçün Çin, Rusiya və İran komandası ilə dialoqa girə bilməyəcəyini söyləyən Nəsrullah "O zaman bu böhranın həlli nədir?" sualını qaldıraraq, ABŞ-ı dəstəkləyənlərdən Livana tətbiq olunan sanksiyalardan imtina etməyə çağırmalarını istəyib.

"Hizbullah"ın baş katibi yanacaq, qida məhsulları və elektriklə əlaqəli məsələlərdə siyasi oyunun qurulduğunu hiss etdiyini ifadə edərək, bu məsələlərin və Beyrut partlayışı sənədinin siyasiləşdirilməməsinin lazım olduğunu vurğulayıb.

"Hizbullah"ın baş katibi çıxışının digər bir hissəsində İrandan göndərilən yanacağa diqqət çəkib.

Bu kontekstdə birinci mərhələdə olduqlarını, İrandan bir neçə neft tankerinin çatdığını və yanacaqlarını Livana daşıdıqlarını vurğulayıb.

Nəsrullah neft bazarında rəqabət aparmaq və ya qazanc əldə etmək məqsədi güdmədiklərini, bir ay ərzində bəzi müəssisələrə pulsuz dizel verəcəklərini və digərlərinin ehtiyac duyduqları yanacağı almalı olduqlarını ifadə edib.

"Hizbullah"ın lideri, həmçinin İran İslam Respublikasının Livandakı enerji böhranının həllinə töhfə vermək üçün əlindən gələni etdiyini də vurğulayıb.

Nəsrullah Livan hökumətindən İrandan yanacaq almasını istəyib və qeyd edib ki, hökumət bunu etsə, "Hizbullah" tamamilə geri çəkiləcək.

Seyid Həsən Nəsrullah Əfqanıstanın Künduz şəhərindəki məsciddə meydana gələn partlayışa da toxunaraq, "Bu ağrılı hadisəni qınayırıq və məzlum ailələrin dərdinə şərikik", - deyib.
Nəsrullah sözügedən partlayışın məsuliyyətini İŞİD terror təşkilatının öz üzərinə götürdüyünə də diqqət çəkərək, "ABŞ bu cinayətdən məsuldur. Çünki əvvəl də dediyimiz kimi İŞİD-i İraqdan Əfqanıstana köçürən ABŞ idi", - deyə bildirib. /Eastnews/