QR CodeQR Code

Korea: “ABŞ bizə düşmən olmadığını deyir, buna inanmaq üçün heç bir əsas yoxdur!”

12 Oct 2021 13:16

İslamTimes: Şimali Koreya lideri Kim Çen In ölkəsinin düşmən qüvvələrinə qarşı hərbi potensialını artıracağını bildirib.


Teleqraf.com xəbər verir ki, Kim ordunun müdafiə qabiliyyətinin artırılmasının ABŞ və ya Cənubi Koreyaya qarşı müharibə məqsədi daşımadığını deyib.

Şimali Koreya lideri ABŞ-ın bölgədəki mövcudluğu səbəbiylə Cənubi Koreya ilə mövcud gərginliyi aradan qaldırmağın asan olmadığını bildirib: “ABŞ tez-tez ölkəmizə düşmən olmadığını deyir, amma bunun belə olduğuna inanmaq üçün heç bir əsas yoxdur”.

Cənubi Koreyanın ölkəsinə qarşı ikili standartlarla yanaşdığını söyləyən Kim bunun ikiüzlülük olduğunu vurğulayıb

“Seul özünümüdafiə hüquqlarını pozmağa davam edəcəyi təqdirdə Pxenyan buna cavab verəcək”.

O, ordunun hərbi gücünün artırılmasında məqsədin Seulu hədəf almaq olmadığını iddia edib:

“Düşmənimiz Cənubi Koreya və ABŞ kimi xüsusi bir ölkə və ya qüvvələr deyil, müharibənin özüdür. Amma sülh üçün özünümüdafiə hüququmuzdan və ya silahlı qüvvələrimizdən əl çəkməyəcəyik”.


Story Code: 958325

News Link :
https://www.islamtimes.org/az/news/958325/korea-abş-bizə-düşmən-olmadığını-deyir-buna-inanmaq-üçün-heç-bir-əsas-yoxdur

Islam Times
  https://www.islamtimes.org