QR CodeQR Code

Şimali Koreya lideri: ABŞ-a qarşı raketlərimizi inkişaf etdirməliyik

إسلام تايمز , 12 Oct 2021 22:35

İslamTimes: "Dünyanın heç bir yerində müharibə başlatmaq niyyətində deyilik.."


"Reuters"-in məlumatına görə, Şimali Koreya lideri Kim Çen İn, Müdafiə Sənayesinin İnkişafı Sərgisində çıxış edərkən deyib:

"Dünyanın heç bir yerində müharibə başlatmaq niyyətində deyilik, ordumuz yalnız ölkəmizin müdafiəsi üçün təchiz edilir."

Xəbər mənbələrinin bildirdiyinə görə, Şimali Koreya qəzetlərində yayımlanan çıxışın fotoşəkillərində Kim Çen İnın bu sözləri müxtəlif silahlar, uzaq mənzilli raketlər və qitələrarası ballistik raketlər kənarında söylədiyi görünür."

Kim Çen İn sözlərinin davamında deyib:

"Biz heç vaxt müharibəyə başlamaq üçün təşəbbüs göstərməyəcəyik. Hərbi gücümüzü artırmaq yalnız düşmənlərlə üz-üzə gəlmək və ölkənin suverenliyini qorumaq üçündür. ABŞ-ın düşmənçilik siyasətinə qarşı raket silahlarımızı inkişaf etdirməliyik!"


Story Code: 958415

News Link :
https://www.islamtimes.org/az/news/958415/şimali-koreya-lideri-abş-a-qarşı-raketlərimizi-inkişaf-etdirməliyik

Islam Times
  https://www.islamtimes.org