QR CodeQR Code

İran və Azərbaycan XİN başçıları arasında telefon danışığı baş tutdu

إسلام تايمز , 12 Oct 2021 22:57

İslamTimes: İranın xarici işlər naziri İran və Azərbaycan Respublikasının pisliyini istəyən düşmənləri olduğunu söyləyib.


İran xarici işlər naziri Əmir Hüseyn Abdullahian Azərbaycan Respublikasının xarici işlər naziri ilə telefon danışığı zamanı deyib:

"İki ölkə münasibətlərdə yaranmış anlaşılmazlıqların qarşısını almalı və əlaqələrini düzgün və inkişaf edən istiqamətdə sürətlə davam etdirməlidir."

İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında qarşılıqlı hörmətə və ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə diqqət yetirilməsinin zəruri olduğunu vurğulayaraq, İran və Azərbaycan Respublikası arasında uzunmüddətli, möhkəm bağlara söykənən əlaqələr olduğunu xatırladıb.

İranın xarici işlər naziri İran və Azərbaycan Respublikasının pisliyini istəyən düşmənləri olduğunu söyləyib. O iki tərəfin düşmənlərə ölkələr arasındakı münasibətləri pozmaq üçün fürsət verməməli olduğunu əlavə edib.

Bu telefon danışığında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da İran İslam Respublikası ilə əlaqələri dost münasibəti adlandırıb və deyib:

"Dost ölkələrlə münasibətlər Azərbaycan Respublikası üçün prioritetdir. Mövcud bəzi problemlər dialoq yolu ilə və sakit və səmimi bir mühitdə həll edilməlidir..."

İki ölkənin xarici işlər nazirləri bir-birlərini Tehran və Bakıya dəvət ediblər.


Story Code: 958425

News Link :
https://www.islamtimes.org/az/news/958425/iran-və-azərbaycan-xin-başçıları-arasında-telefon-danışığı-baş-tutdu

Islam Times
  https://www.islamtimes.org