QR CodeQR Code

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

13 Oct 2021 06:46

İslamTimes: ABŞ-ın Tennessi ştatının Memfis şəhərində atışma nəticəsində azı iki poçt işçisi öldürülüb.


APA xəbər verir ki, bu barədə “ABC” telekanalı yerli icra orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerində güllə yarası alan üç poçt əməkdaşının cəsədi aşkar edilib. Federal Təhqiqat Bürosu (FTB) hücum edən şəxsin ölənlərdən biri olduğunu müəyyən edib. Məlumata görə, həmin şəxs özü də sonradan intihar edib.

Silahlı insidentin səbəbləri hələlik məlum deyil.


Story Code: 958457

News Link :
https://www.islamtimes.org/az/news/958457/abş-da-atışma-zamanı-3-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org