0
Wednesday 13 October 2021 - 11:39

ABŞ hipersəsli silahların istehsal xərclərini azaldır

Story Code : 958489
ABŞ hipersəsli silahların istehsal xərclərini azaldır
"Report" xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Haydi Şu Vaşinqtonda keçirdiyi konfransda söyləyib.

"Hipersəsli silahları daha əlverişli hala gətirməyi öyrənməliyik", - nazir müavini deyib.

Şu qeyd edib ki, ölkənin hərbi sənaye kompleksi buna xüsusi diqqət yetirməlidir.

Müdafiə nazirinin müavini Pentaqonun ən perspektivli işlərə diqqət yetirmək üçün bu sahədə maliyyələşdirilən layihələrin sayını azaldacağını da etiraf edib.