QR CodeQR Code

ABŞ hipersəsli silahların istehsal xərclərini azaldır

13 Oct 2021 11:39

İslamTimes: ABŞ hökuməti hipersəsli silahların istehsal xərclərini azaltmaq üçün tədbirlər görür.


"Report" xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Haydi Şu Vaşinqtonda keçirdiyi konfransda söyləyib.

"Hipersəsli silahları daha əlverişli hala gətirməyi öyrənməliyik", - nazir müavini deyib.

Şu qeyd edib ki, ölkənin hərbi sənaye kompleksi buna xüsusi diqqət yetirməlidir.

Müdafiə nazirinin müavini Pentaqonun ən perspektivli işlərə diqqət yetirmək üçün bu sahədə maliyyələşdirilən layihələrin sayını azaldacağını da etiraf edib.


Story Code: 958489

News Link :
https://www.islamtimes.org/az/news/958489/abş-hipersəsli-silahların-istehsal-xərclərini-azaldır

Islam Times
  https://www.islamtimes.org