QR CodeQR Code

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçirilir

13 Oct 2021 12:01

İslamTimes: Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş başlayıb.


APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilən görüş dini liderlərin Cənubi Qafqazda sülhməramlı missiyasına həsr olunub.

Koronavirus pandemiyasına görə dini liderlərin üçtərəfli görüşü mətbuatın iştirakı olmadan keçirilir.

Qeyd edək ki, ötən gün Patriarx Kirill ayrı-ayrılıqda Allahşükür Paşazadə və II Qareginlə görüşüb.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu üçtərəfli görüşü 2017-ci ilin sentyabrın 8-də Moskvada keçirilib.


Story Code: 958491

News Link :
https://www.islamtimes.org/az/news/958491/moskvada-azərbaycan-rusiya-və-ermənistan-dini-liderlərinin-üçtərəfli-görüşü-keçirilir

Islam Times
  https://www.islamtimes.org