QR CodeQR Code

Merkel: Taliban hökumətinin tanınması hələ gündəmdə deyil

13 Oct 2021 17:25

İslamTimes: Almaniyanın Əfqanıstanda Taliban hərəkatının hökumətini tanıması məsələsi hələ gündəmdə deyil.


SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın kansleri Angela Merkel G20 ölkələrinin Əfqanıstandakı vəziyyətlə bağlı keçirilən video konfransdan sonra baş tutan  mətbuat konfransında bildirib.

"Mən və bir çoxları bu gün açıq şəkildə bildirdik ki, hazırkı qiymətləndirməmizə görə, Taliban hökuməti hələ inklüziv deyil, bu səbəbdən onun tanınması mövzusu gündəmdə deyil, lakin danışıqlar aparılmalıdır. Almaniya tərəfi də uzun müddətdir taliblərlə danışıqlar aparır", Merkel bildirib.


Story Code: 958547

News Link :
https://www.islamtimes.org/az/news/958547/merkel-taliban-hökumətinin-tanınması-hələ-gündəmdə-deyil

Islam Times
  https://www.islamtimes.org