QR CodeQR Code

Sionist hərbçi ordudan qaçdıqdan sonra intihar etdi

إسلام تايمز , 13 Oct 2021 20:21

İslamTimes: Hərbi xidmətdən qaçan işğalçı İsrail rejimi əsgəri çərşənbə günü özünü taksidən atdıqdan sonra həlak olub.


Sionist rejim mediasının verdiyi məlumata görə, intihar edən bu İsrail əsgəri Qolani Briqadasında xidmət edirmiş. O briqadadan qaçdıqdan sonra intihar edib.

Məlumata görə, əsgər hərbi nizama uyğunlaşa bilmədikdən sonra ordudan qaçmaq məcburiyyətində qalıb, lakin bir çox dostu onu qərargaha qayıtmağa razı salıb. Amma əsgər taksi ilə qərargaha geri qayıdan zaman bir şəxs ona telefon açıb və əsgər bu zəngdən sonra özünü avtomobildən ataraq həyatına son qoyub.

"Arabi 21" internet saytının yazdığına görə, sionist əsgər ağır xəsarətlərlə Beyt Takfadakı Bilenson Xəstəxanasına çatdırılsa da, aldığı yaraların ağırlığından həyatını itirib.


Story Code: 958572

News Link :
https://www.islamtimes.org/az/news/958572/sionist-hərbçi-ordudan-qaçdıqdan-sonra-intihar-etdi

Islam Times
  https://www.islamtimes.org