QR CodeQR Code

Norveçdə ox və yayla 5 nəfəri öldürən şəxslə bağlı ilkin məlumat yayılıb

14 Oct 2021 08:54

İslamTimes: Norveçin Konqsberq şəhərində yay və oxla insanlara hücum etməkdə şübhəli bilinən şəxs 37 yaşlı Danimarka vətəndaşıdır və ona qarşı artıq ittiham irəli sürülüb.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisindən bildirilib.

“Çərşənbə axşamı Konqsberqin mərkəzində beş nəfəri öldürdükdən və iki nəfəri yaraladıqdan sonra 37 yaşlı bir kişi tutulub və ona qarşı ittiham elan olunub. Həmin şəxs Danimarka vətəndaşıdır, ancaq Konqsberqdə yaşayır”, - deyə yerli polisin məlumatda qeyd olunub.

***

Saat 02:22

Norveçdə silahlı şəxsin hücumu nəticəsində 5 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Verdens Gang” qəzeti yerli polis nümayəndəsinə istinadən yazıb.

“Beş nəfərin öldüyünü, iki nəfərin yaralandığını, yaralılardan birinin polis əməkdaşı olduğunu təsdiqləyə bilərəm”, - deyə polis nümayəndəsi Eyvind Aas mətbuat konfransında qeyd edib.


Story Code: 958633

News Link :
https://www.islamtimes.org/az/news/958633/norveçdə-ox-və-yayla-5-nəfəri-öldürən-şəxslə-bağlı-ilkin-məlumat-yayılıb

Islam Times
  https://www.islamtimes.org