QR CodeQR Code

ABŞ türk ölkəsinə terror bəhanəsi ilə qüvvələr yerləşdirmək istəyir

14 Oct 2021 09:20

İslamTimes: Pentaqon nümayəndələri bu ay Özbəkistanda ABŞ-ın anti-terror qüvvələrinin yerləşdirilməsi məsələsini müzakirə edəcək.


Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“Danışqların gündəliyində anti-terror qüvvələrinin yerləşdirilməsi məsələsi dura bilər. Belə razılaşma ABŞ-a Əfqanıstandakı hədəfləri daha yaxşı izləməyə və hədəf almağa imkan verər”, - deyə nəşrdə yayılan məqalədə bildirilib.

Qeyd edək ki, Co Bayden administrasiyası Əfqanıstanın sərhəd ölkələri ilə sözügedən məsələni müzakirə etmək istəyini ifadə etmişdi.


Story Code: 958641

News Link :
https://www.islamtimes.org/az/news/958641/abş-türk-ölkəsinə-terror-bəhanəsi-ilə-qüvvələr-yerləşdirmək-istəyir

Islam Times
  https://www.islamtimes.org