0
Thursday 14 October 2021 - 10:10

Nigerdə naməlum şəxslərin məscidə hücumu nəticəsində 10 nəfər ölüb

Story Code : 958645
Nigerdə naməlum şəxslərin məscidə hücumu nəticəsində 10 nəfər ölüb
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə yerli “Studio Kalangou” radiosu şahidlərə istinadən məlumat yayıb.

Hadisə Tillaberi bölgəsində, “üç sərhəd zonası” adlanan ərazidə – Nigerin Mali və Burkina-Faso ilə dövlət sərhədlərinin keçdiyi ərazidə baş verib. Bölgədə İŞİD və “Əl-Qaidə” terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar üstünlük təşkil edir.

Məlumata görə, iki motosikletlə hücum edənlər axşam namazı zamanı kəndə giriblər. Məsciddə 10 nəfər öldürülüb.

“Agence France-Presse” hücumla əlaqədar bəzi Tillaberi departamentlərində motosikletlərdə hərəkətin qadağan edildiyini yazır.