0
Thursday 14 October 2021 - 10:38

İran və Pakistan qardaşlıq elan etdi

Story Code : 958646
İran və Pakistan qardaşlıq elan etdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Pakistana səfər edib.

Publika.az xəbər verir ki, Baqiri Pakistanın ordu başçıları, eləcə də Baş nazir İmran Xanla bir sıra görüşlər keçirib.

"Tərəflər Əfqanıstandakı vəziyyət və regional təhlükəsizlik də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər", - Pakistan Hərbi Hava Qüvvələrinin Mətbuat xidmətinin açıqlamasında deyilir.

"İki qardaş ölkə olan İran İslam Respublikası və Pakistanın sıx əməkdaşlığı bölgədə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edir", - Pakistan Silahlı Qüvvələrinin rəsmi açıqlamasında qeyd olunub.

İran və Pakistan həmçinin "bölgədə sülh və terrorizmlə mübarizə maraqları naminə" hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.

İran Baş Qərargah rəisi iki ölkə arasında hərbi əlaqələri daha da gücləndirmək arzusunda olduqlarını bildirib.

İmran Xan Pakistanın ikitərəfli ticarət əlaqələrini gücləndirməklə yanaşı, iqtisadi və enerji sahəsində əməkdaşlığı genişləndirməyə sadiq olduqlarını vurğulayıb.

O, Pakistan və İran sərhədini "sülh və dostluq" sərhədi olaraq xarakterizə edib, hər iki tərəfin təhlükəsizliyinin yaxşılaşdırılması üçün atılan addımların əhəmiyyəti barədə danışıb.

İmran Xan İran generalı ilə görüşdə Pakistanın ikitərəfli ticarət əlaqələrini gücləndirməklə yanaşı, iqtisadi əməkdaşlığı genişləndirmək əzmində olduğunu vurğulayaraq ölkəsinin İranın Kəşmir mübahisəsindəki dəstəyini təqdir etdiyini vurğulayıb.