QR CodeQR Code

İran-Türkmənistan sərhədində daha bir gömrük keçidi açılıb

14 Oct 2021 11:44

İslamTimes: İran-Türkmənistan sərhədində bir gömrük keçidi 20 ay fasilədən sonra fəaliyyətini bərpa edib.


SalamNews Mehr-ə istinadla xəbər verir ki, İranla Türkmənistan sərhədində yerləşən İnçə-Burun gömrük keçidi ticarət mübadiləsinin həyata keçirilməsi məqsədilə açıq elan edilib. Artıq bu gündən İran yük maşınları Türkmənistana daxil ola biləcəklər.

Bu sərhəd keçidi 20 aydır koronavirus pandemiyasına görə bağlanılmışdı.

İki ölkə sərhədində bundan başqa Sərəxs və Lütfabad sərhəd keçidləri var ki, onlar fəaliyyətini davam etdirirdilər.

Qeyd edək ki, İran KİV-ləri cari ayın sonundan Azərbaycandan İrana piyadaların da keçidinin mümkün olacağını yazıblar.


Story Code: 958666

News Link :
https://www.islamtimes.org/az/news/958666/iran-türkmənistan-sərhədində-daha-bir-gömrük-keçidi-açılıb

Islam Times
  https://www.islamtimes.org