0
Thursday 14 October 2021 - 12:32

BƏƏ-nin İraq seçkilərinə müdaxiləsi iddia edilir

Story Code : 958673
BƏƏ-nin İraq seçkilərinə müdaxiləsi iddia edilir
Bu barədə iddianı iraqlı jurnalist Əhməd Əbdüssadə yayıb.
Əhməd Əbdüssadə verdiyi açıqlamada vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri İraqdakı seçkilərə elektronik cihazlarla müdaxilə edərək manipulyasiya yaratmaq istəyib.
"Seçki nəticələri bütün siyasi partiyaların nümayəndələrinin iştirakı ilə əllə sayılmalıdır. Çünki BƏƏ səsləri sayma cihazlarına müdaxilə edərək seçkiləri "Həşd Şabi" əleyhdarı olan siyasi qrupların xeyrinə manipulyasiya edib", - deyə Əhməd Əbdüssadə diqqətə çatdırıb. /Eastnews/