QR CodeQR Code

Putin: AUKUS-un yaradılması regional sabitliyi pozur

14 Oct 2021 12:56

İslamTimes: Avstraliya, ABŞ və İngiltərənin daxil olduğu AUKUS blokunun yaradılması regional sabitliyi pozur.


SalamNews-un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"CNBC"yə verdiyi müsahibədə Putinə AUKUS ittifaqı ilə bağlı suallar verilib:

"Qeyd etdiyiniz ABŞ - Böyük Britaniya - Avstraliya da daxil olmaqla bəzi blokların yaradılması, şübhəsiz ki, regional sabitliyi pozur, çünki mənim fikrimcə, bir-birinizlə dost olmaq yaxşıdır, amma kiməsə qarşı dostluq etmək -pisdir. Bu bizim hamımızın danışdığımız və hamımızın maraqlandığı sabitliyi pozur", Putin bildirib.


Story Code: 958674

News Link :
https://www.islamtimes.org/az/news/958674/putin-aukus-un-yaradılması-regional-sabitliyi-pozur

Islam Times
  https://www.islamtimes.org