0
Thursday 14 October 2021 - 14:01

"Foreign Police": ABŞ yerli əhalinin soyqırımı hadisəsini araşdırsın!

Story Code : 958682
"Foreign Police": ABŞ yerli əhalinin soyqırımı hadisəsini araşdırsın!
Amerikanın məşhur "Foreign Police" jurnalı yeni hesabatında yerli amerikalılara qarşı "soyqırım" törədildiyini etiraf edərək, Vaşinqton rəsmilərini bu dəhşətli cinayətlərə görə məsuliyyət daşımağa çağırıb.

"Foreign Police" ABŞ-da "Yerli Əhali Günü" ilə əlaqədar hazırladığı bir hesabatda, yerli amerikalılara qarşı cinayətləri müzakirə edib və bu yaxınlarda Kanadada da oxşar cinayətin üstündən pərdə açan uşaqların kütləvi məzarlığının aşkar edilməsinə işarə edib. Jurnal Vaşinqton rəsmilərinin bu cinayətə görə cavab verməli olduğunu bildirib.

Bu hesabatın əvvəlində deyilir:

"11 oktyabr ABŞ-da "Yerli Əhali Günü"dür. Prezident Co Bayden bu münasibətlə bəyanat verən ilk prezidentdir. Ancaq ABŞ yerli əhali ilə bağlı daha çox şey edə bilər. Kanada müstəmləkəçilik dövrünü, soyqırımı hadisələrini tanıdığı kimi, ABŞ da bu addımı atmalıdır. Bu təkcə daxili məsələ deyil, Vaşinqton bütün dünyadakı təcavüzkar rejimlərə qarşı çıxmaq istəyirsə, ilk öncə öz daxilindəki bu cinayətləri etiraf etməlidir!"