QR CodeQR Code

Sionist rejimdə əhalinin nazirlərdən narazılığı artır

إسلام تايمز , 14 Oct 2021 14:40

İslamTimes: Yeni sorğunun nəticələrinə görə, işğalçı İsrail rejimi əhalisinin sionist rejimdəki siyasətçilərdən narazılığı hər gün daha da artır.


Sputnik-in məlumatına görə, son sorğu göstərir ki, sionist rejimdə hazırkı koalisiya hökumətindəki partiyalar da populyarlıq qazana bilməyiblər.

Sorğu işğalçı İsrailin Baş naziri Naftali Bennetin populyarlığının ilk gündəkindən də daha da azaldığını göstərir. Əgər hazırda seçkilər keçirilsə, Naftali Bennet parlamentdəki 120 yerdən yalnız 7-ni əldə etmək şansına sahibdir.

Qeyd edək ki, digər partiyalar da reytinqdə geriləyiblər. Rejimin ən böyük fraksiyası olan Yesh Atid partiyası cəmi 18 kürsüyə sahibdir.

Qeyd edək ki, öncəki baş nazir Benyamin Netanyahu da əhalinin ciddi etiraz aksiyalarından sonra yeni hökumət formalaşdırmağa müvəffəq olmamışdı.


Story Code: 958686

News Link :
https://www.islamtimes.org/az/news/958686/sionist-rejimdə-əhalinin-nazirlərdən-narazılığı-artır

Islam Times
  https://www.islamtimes.org