QR CodeQR Code

İran sionist rejimin mümkün axmaq addımı ilə bağlı xəbərdarlıq etdi

إسلام تايمز , 14 Oct 2021 14:56

İslamTimes: Məcid Taxt Rəvançi Təhlükəsizlik Şurasının sədrinə, sionist rejimin İrana qarşı hədə-qorxuları ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıb


İran İslam Respublikasının Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Məcid Taxt Rəvançi Təhlükəsizlik Şurasının sədrinə, sionist rejimin İrana, həmçinin bu ölkənin nüvə sənayelərinə qarşı mümkün axmaq hərbi addımı ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıb.

Məcid Taxt Rəvançinin Sionist rejimin son təhdidlərinə cavab olaraq hazırkı Təhlükəsizlik Şurası sədrinə göndərdiyi məktubda deyilir:

“Ötən aylar ərzində İsrail rejiminin təxribatçı və macəraçı təhdidlərinin sayı və intensivliyi durmadan artaraq xəbərdarlıq edici həddə çatıb. Onların son addımı sionist rejim ordusunun Baş Qərargah rəisi Aviv Kuxavi tərəfindən atıldı. O təhdid edərək bildirib ki, "İranın nüvə proqramına qarşı əməliyyat planları genişləndirilir. İranın müxtəlif sahələrdəki imkanlarını məhv etmək əməliyyatları hər an davam edəcək."

İran sionist rejimin məhz bu təhdidindən sonra bildirib ki, İsrail ağlını başına toplasın və onların macəra ardınca olmaları, sionist rejim üçün ağıllarına belə gəlməyəcək nəticə ilə sonuclana bilər.


Story Code: 958688

News Link :
https://www.islamtimes.org/az/news/958688/iran-sionist-rejimin-mümkün-axmaq-addımı-ilə-bağlı-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org