0
Saturday 16 October 2021 - 00:30

Yapon dənizində baş verən hadisə ilə bağlı ABŞ hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb

Story Code : 958921
Yapon dənizində baş verən hadisə ilə bağlı ABŞ hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd edilib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Atlantik okeanda Rusiya sualtı gəmilərinə qarşı çıxmaq üçün yeni bir esmines qrupu yaradıb: “ABŞ Silahlı Qüvvələrinin nümayəndəsinə “Chafee” esminesinin oktyabrın 15-də “Böyük Pyotr” körfəzində Rusiya Federasiyasının dövlət sərhədini pozmaq cəhdi ilə əlaqədar olaraq Rusiya tərəfinin mövqeyi barədə məlumat verildi.

ABŞ-ın hərbi attaşesinin diqqətinə çatdırılıb ki, açıq dənizlərdə insidentlərin qarşısının alınması ilə bağlı Rusiya-ABŞ arasında mövcud olan müqaviləsinin müddəalarını kobud şəkildə pozan amerikalı dənizçilər qeyri-peşəkar hərəkət edib.

Xatırladaq ki, oktyabrın 15-də yerli vaxtla, təxminən 17:00-da ABŞ Hərbi Dəniz Qüvvələrinin “Chafee” esminesi Rusiyanın ərazi sularına yaxınlaşaraq dövlət sərhədini keçməyə cəhd edib. Rusiya Sakit Okean Donanmasının “Admiral Tribus” gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesinin dövlət sərhədini pozmasına imkan verməyib.