QR CodeQR Code

“Taliban”: Məsciddə baş verən terror aktını İŞİD-in Xorasandakı qolu törədib

16 Oct 2021 09:13

İslamTimes: “Taliban” rəhbərliyi şiə məscidində törədilən terror aktını qınayır və partlayışı törətməkdə İŞİD-in Xorasandakı qolunu günahlandırır”.


APA xəbər verir ki, bunu “Taliban” hökumətinin İnformasiya Nazirliyinin sözçüsü Bilal Kərimi bildirib.

Kərimi deyib ki, hadisəsi ilə əlaqədar araşdırmalara başladılıb: “Cinayətkarlar tapılacaq və cəzalandırılacaq”.

Xatırladaq ki, oktyabrın 15-də Əfqanıstanın Qəndəhar şəhərində şiə məscidində törədilmiş terror aktı nəticəsində azı 62 nəfər ölüb, 68 nəfər yaralanıb.


Story Code: 958947

News Link :
https://www.islamtimes.org/az/news/958947/taliban-məsciddə-baş-verən-terror-aktını-işid-in-xorasandakı-qolu-törədib

Islam Times
  https://www.islamtimes.org