0
Saturday 16 October 2021 - 19:09

İranın Mərkəzi Bankının sabiq sədri 10 il müddətində azadlıqdan məhrum edilib

Story Code : 959025
İranın Mərkəzi Bankının sabiq sədri 10 il müddətində azadlıqdan məhrum edilib
SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Məhkəmə Hakimiyyətinin Mətbuat xidməti bəyanat verib.

Bildirilib ki, Mərkəzi Bankın sabiq sədri Vəliyulla Seyf 10 il, müavini Əhməd Əraqçi səkkiz il, digər müavini Salar Ağaxani isə 13 il azadlıqdan məhrum ediliblər.

Sözügdən şəxslər İranın maliyyə sisteminin və valyuta bazarının nizamını və stabilliyini pozmaqda, eləcə də qanunsuz valyuta alverinə yol açmaqda ittihamlandırılırdılar.