QR CodeQR Code

İranın Mərkəzi Bankının sabiq sədri 10 il müddətində azadlıqdan məhrum edilib

16 Oct 2021 19:09

İslamTimes: İranın Mərkəzi Bankının sabiq sədri Vəliyulla Seyf 10 il, müavinləri isə səkkiz və 13 il azadlıqdan məhrum ediliblər.


SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Məhkəmə Hakimiyyətinin Mətbuat xidməti bəyanat verib.

Bildirilib ki, Mərkəzi Bankın sabiq sədri Vəliyulla Seyf 10 il, müavini Əhməd Əraqçi səkkiz il, digər müavini Salar Ağaxani isə 13 il azadlıqdan məhrum ediliblər.

Sözügdən şəxslər İranın maliyyə sisteminin və valyuta bazarının nizamını və stabilliyini pozmaqda, eləcə də qanunsuz valyuta alverinə yol açmaqda ittihamlandırılırdılar.


Story Code: 959025

News Link :
https://www.islamtimes.org/az/news/959025/iranın-mərkəzi-bankının-sabiq-sədri-10-il-müddətində-azadlıqdan-məhrum-edilib

Islam Times
  https://www.islamtimes.org