QR CodeQR Code

ŞOK: Beyrutda insanlara atəş açan snayper ABŞ səfirliyinin əməkdaşı çıxdı

إسلام تايمز , 16 Oct 2021 19:36

İslamTimes: Livan Ədalət Sarayının qarşısında etirazçılara atəş açan snayperlərdən birinin kimliyini ortaya çıxıb.


Beyrut Limanında baş vermiş dəhşətli partlayış hadisəsini araşdıran hakim və müstəntiqlərin qeyri-şəffaf yanaşması, Livanda “Hizbullah” və “Amal” hərəkatlarının etiraz aksiyası keçirməsinə səbəb olub. Bu iki partiya üzvləri Beyrutda Ədalət sarayına doğru yürüş keçirən zaman bina daxilindən naməlum şəxslər kütləyə atəş açmağa başlayıb. Bu hadisə nəticəsində 6 etirazçı həlak olub, 30-dan çox etirazçı isə yaralanıb.

Livan Təhlükəsizlik Qüvvələrinin hadisə ilə bağlı başlatdığı əməliyyatdan sonra 9 nəfərin həbs edildiyi bildirilirdi.
Bu gün mediada yer alan xəbərlər isə hər kəsi şok edib. Belə ki, cinayətkarlardan biri Şükri Əbu Səb Livan Təhlükəsizlik Qüvvələrinin üzvü və Livandakı ABŞ səfirliyinin əməkdaşıdır! O Beyrutdakı "Əl-Tayoneh" cinayətində snayper slahı ilə atəş açanlardan biridir!


Story Code: 959031

News Link :
https://www.islamtimes.org/az/news/959031/şok-beyrutda-insanlara-atəş-açan-snayper-abş-səfirliyinin-əməkdaşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org