0
Saturday 16 October 2021 - 20:00

7 il sonra İdlibdə terrorçular hədəf alındı!

Story Code : 959033
7 il sonra İdlibdə terrorçular hədəf alındı!
Xəbər mənbələri Suriyanın şimal-qərbindəki İdlib əyalətində Suriya və Rusiya hava qüvvələrinin yenidən əməliyyatlara start verdiyini bildirib.

Əl-Məyadin xəbər şəbəkəsi bildirir ki, Suriya və Rusiya qüvvələri İdlib şəhərində "Təhrir əş-Şam" terror qruplaşmasına hava zərbələri endirib.

Hücumların yeddi ildən sonra yenidən başladılmasının əhəmiyyətli mesajlar daşıdığı qeyd edilir. Bu hücumlarda Təhrir əş-Şam terrorçularının qərargahları hədəf alınıb.

Hücumlar zamanı iki Təhrir əş-Şam lideri məhv edilib.

Qeyd edək ki, Türkiyənin dəstəyindən faydalanan Təhrir əş-Şam terrorçuları tez-tez Suriya ordusunun mövqelərinə raket zərbələri endirirdi.