0
Saturday 16 October 2021 - 20:13

"Cinayətlərin arxasında ABŞ və Sionist rejim dayanır!"

Story Code : 959035
"Cinayətlərin arxasında ABŞ və Sionist rejim dayanır!"
Yəmənin Ənsarullah Müqavimət hərəkatı Əfqanıstan, Livan və Suriyada baş verən son hadisələrə münasibət bildirərək, bu ölkələrdə dinc əhaliyə qarşı cinayətləri sərt şəkildə qınayıb.

Əl-Məsirə Xəbər Şəbəkəsi qeyd edib ki, Ənsarullah Hərəkatı Əfqanıstan məscidlərində son vaxtlar ən az 62 adamın ölümünə səbəb olan intihar hücumlarını, eyni zamanda Livanda etiraz aksiyası keçirən kütləyə amansız hücumu məhkum edir.

Səudiyyə rejiminin işğalçılıqları qarşısında əzmlə mübarizə aparan Yəmənin Müqavimət Hərəkatı Əfqanıstan və Livanda baş verən vəhşiliklərin ABŞ tərəfindən dəstəklənən təkfirçi ünsürlər və muzdlular tərəfindən törədildiyini vurğulayıb.