QR CodeQR Code

ABŞ-da Hallouin şənliyi zamanı naməlum şəxs kütləni güllələyib, yaralılar var

17 Oct 2021 09:01

İslamTimes: ABŞ-ın Kaliforniya ştatının Uittier şəhərində keçirilən Hallouin şənliyi zamanı baş verən atışma nəticəsində azı 3 nəfər yaralanıb.


APA “Associated Press”ə istinadən xəbər verir ki, faktı Los-Anceles dairə polisi təsdiqləyib.

Polisin məlumatına görə, gecədə əvvəl dava düşüb, sonra isə naməlum şəxs tapançanı çıxarıb hadisənin baş verdiyi evin yaxınlığında dayanan izdihamı atəşə tutub.

Yaralılar 15-19 yaş aralığındadır. Onların hər üçü xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır-stabil qiymətləndirilir.

“Los Angeles Times” nəşrinin yazdığına görə, şübhəli hadisə yerindən qaçıb.


Story Code: 959115

News Link :
https://www.islamtimes.org/az/news/959115/abş-da-hallouin-şənliyi-zamanı-naməlum-şəxs-kütləni-güllələyib-yaralılar-var

Islam Times
  https://www.islamtimes.org