QR CodeQR Code

Aclıq aksiyası keçirən fələstinli məhbusların durumu ağırlaşıb

إسلام تايمز , 17 Oct 2021 20:28

İslamTimes: Saxlanma şəraiti acınacaqlı durumda olan həbsxanadakı 7 fələstinli məhbus həftələrdir ki, aclıq aksiyası keçirir


"Vətəniyyə" informasiya agentliyinin verdiyi xəbərə görə, işğalçı sionist rejimi həbsxanalarında saxlanılan 7 fələstinli məhbus, qanunsuz olaraq həbs edilmələrinə etiraz olaraq həftələrdir ki, aclıq aksiyası keçirirlər. 95 gündür aclıq aksiyası keçirən Kayed Nammouranın (Fasfous) vəziyyəti pisləşdiyinə görə o xəstəxanaya yerləşdirilib.

Fələstinli Məhbuslar Komissiyası, aksiya keçirən məhbusların fiziki vəziyyətinin pisləşməsi ilə bağlı xəbərdarlıq edərək bildirib: "Zaman keçdikcə məhbusların sinir sistemi və beyni susuzluq səbəbindən geri dönüşü olmayan zədə ala bilər..."

Kayed Nammouradan əlavə, Mikdad al-Qavasimə (88 gün), Əla əl-Arac (71 gün), Hişam Abu Havaş (62 gün), Şadi Əbu Akr (54 gün), Ayad əl-Harimi (25 gün) və Xəlil Abu Aram (7 gün) də aclıq aksiyasına başlayıb.


Story Code: 959198

News Link :
https://www.islamtimes.org/az/news/959198/aclıq-aksiyası-keçirən-fələstinli-məhbusların-durumu-ağırlaşıb

Islam Times
  https://www.islamtimes.org