QR CodeQR Code

ABŞ-da universitet məzunlarının tədbirində atışma olub, ölən və yaralananlar var

18 Oct 2021 08:00

İslamTimes: ABŞ-ın Luiziana ştatında yerləşən Qramblinq Dövlət Universitetində məzunlar gününə həsr olunmuş tədbirdə silahlı insident baş verib.


APA xəbər verir ki, bu barədə “CNN”ə universitetdən bildirilib.

Səhər saatlarında baş verən hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə şəxs yaralanıb.

İlkin məlumatlara görə, ölən şəxs tələbə deyil.

Həmin gün universitetdə bütün dərslər ləğv edilib, tədbir təxirə salınıb.

Atəş açan şəxsin saxlanıldığı bildirilib, hadisə ilə bağlı araşdırmaya başlanılıb.


Story Code: 959239

News Link :
https://www.islamtimes.org/az/news/959239/abş-da-universitet-məzunlarının-tədbirində-atışma-olub-ölən-və-yaralananlar-var

Islam Times
  https://www.islamtimes.org