QR CodeQR Code

İraqda parlament seçkilərinin nəticələrinə etirazlar başlayıb

18 Oct 2021 08:30

İslamTimes: İraqda növbədən kənar parlament seçkilərinin yekun nəticələri açıqlanandan sonra bir sıra şəhərlərdə aksiyalar keçirilib.


SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, İraqın Bağdad, Kərkük, Bəsrə, Təlafir və digər şəhərləri parlament seçkilərinin yekun nəticələrinə qarşı etiraz aksiyalarının şahidi olub.

Əsasən Həşd-Şabi qüvvələrinin tərəfdarı olan “Fəth” fraksiyası, sabiq baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi “Dövlətul-Qanun” siyasi cinahı və “əl-Əqd əl-Vətəni” partiyasının tərəfdarları bu aksiyalara qoşulublar.

Aksiyaçılar bir müddət Bağdad-Kərkük yolunu kəsiblər.

Onlar seçkilərin saxtalaşdırırldığını və səslərin oğurlandığını iddia edirlər.

İraqın Ali Seçki Komissiyası seçkilərin nəticələrinə edilən etirazlara baxılacağını və cavabların 20 gün ərzində veriləcəyini bildirib.

Qeyd edək ki, bu seçkilərdə Müqtəda Sədrin rəhbərlik etdiyi “Sədr cinahı” parlamentin 73 kürsüsünü əldə etməklə öndə gedir.


Story Code: 959242

News Link :
https://www.islamtimes.org/az/news/959242/iraqda-parlament-seçkilərinin-nəticələrinə-etirazlar-başlayıb

Islam Times
  https://www.islamtimes.org