QR CodeQR Code

ABŞ-Afina gizli anlaşması: Türkiyənin yaxınlığında...

18 Oct 2021 10:07

İslamTimes: Ötən günlərdə ABŞ və Yunanıstan rəsmiləri arasında imzalanmış 5 illik müdafiə müqaviləsinin gizli detalları ortaya çıxıb.


Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, müqavilədə ABŞ-ın Türkiyəyə yaxın yunan adalarında hərbi bazalar yaradacağı nəzərdə tutulub.

Bildirilib ki, Amerika ordusu Egey dənizindəki adalardan birində hərbi baza yaratmağı hədəfləyir.

Hərbi bazanın qurulacağı yunan adası – Samotraki (türkcə Semadirək - red.) Türkiyənin Göyçə adasından sadəcə 7 mil uzaqlıqdadır.

Yunanıstanın Dədəağaç (yunanca Evros – red.) bölgəsinə yaxınlığı, həmçinin Çanaqqala boğazından keçəcək Rusiya gəmilərinə nəzarət imkanının olması səbəbindən bu qərarın verildiyi deyilir.


Story Code: 959279

News Link :
https://www.islamtimes.org/az/news/959279/abş-afina-gizli-anlaşması-türkiyənin-yaxınlığında

Islam Times
  https://www.islamtimes.org