QR CodeQR Code

İsrail generalı: Müharibə olsa Hizbullah günə iki min raket atacaq

18 Oct 2021 11:02

İslamTimes: İsrailin yüksək rütbəlli hərbi rəsmisi müharibə baş verəcəyi təqdirdə Hizbullah tərəfindən günə iki min raketin atılacağını bildirib.


SalamNews xəbər verir ki, bunu işğalçı İsrailin “Daxili Cəbhəsi Ordusu”nun komandanı general-mayor Uri Qordin FransPress-ə deyib.

İsrail generalı Livanda baş verən son hadisələrə münasibət bildirib və möhtəməl müharibənin fəsadları barədə danışıb.

O bildirib ki, son Qəzza müharibəsində İsrailə rekort həddə raketlər atılıb və müharibə şimal cəbhələrində də olsa Hizbullah tərəfindən bu rəqəmin beşqatı atılacaq.

İsrailin hərbi mənbələri Hizbullahın raket arsenalında minimum 120 min raketin olduğunu bildirirlər.


Story Code: 959287

News Link :
https://www.islamtimes.org/az/news/959287/israil-generalı-müharibə-olsa-hizbullah-günə-iki-min-raket-atacaq

Islam Times
  https://www.islamtimes.org