0
Monday 18 October 2021 - 11:19

İrandan regionda vətəndaş müharibəsi xəbərdarlığı

Story Code : 959288
İrandan regionda vətəndaş müharibəsi xəbərdarlığı
Qalibaf regiondakı məsələlərlə əlaqədar olaraq, "Qərbi Asiya regionu bu günlərdə kritik vəziyyətdədir. Region ölkələrində vətəndaş müharibələri ilə çaxnaşma yaratmaq üçün planlar hazırlanır. Region ölkələri arasında fikir ayrılığı, iqtisadi əməkdaşlığın qarşısını almaq və bölgədə daimi sülhün təmininə mane olmaq Vaşinqton rəhbərliyi və ABŞ-ın dəstəklədiyi qrupların gündəmindədir. Qəndəhardakı Fatimiyyə məscidində günahsız insanlara qarşı törədilən dəhşətli qətliam hadisəsi, Əfqanıstanda vətəndaş müharibəsi cəhdi, Livandakı silahlı qarşıdurmalar, İraqda münaqişə yaratmaq cəhdi və regiondakı bəzi liderlərin son bir həftə ərzində verdiyi yalan ifadələr bu planları ortaya qoyur", - deyə bildirib.

İranın regionda sabitliyi və təhlükəsizliyi qorumaq istədiyini ifadə edən Qalibaf "Bütün regionda təhlükəsizliyi pozacaq hər hansı bir fitnə fəaliyyətini qınayırıq. Bütün ölkələr regionda davamlı sülh və sabitlik yaratmaq və iqtisadi əlaqələri artırmaq üçün çalışmalıdırlar", - söyləyib. /Eastnews/