QR CodeQR Code

Fələstinli qadın məhkumlar da aclıq aksiyasına qoşuldu

إسلام تايمز , 18 Oct 2021 13:47

İslamTimes: Sionist rejimin Damon həbsxanasında saxlanılan üç fələstinli əsir, "boş mədələr" kampaniyasına qoşulduqlarını və aclıq elan etdiklərini bildiriblər.


Fələstinin "Əl-Qüds" qəzetinin yazdığına görə, İslami Cihad üzvü olan xanım Əminə Həmid bildirib ki, bu üç fələstinli xanım Fələstin İslami Cihad hərəkatı üzvü olan Mona Qədan, Əməl Təqatəqə və Şatila Abu İyadədir. Adı çəkilən məhbus xanımlar sionist rejimin işkəncələrə məruz qoyduğu fələstinli məhbusların aclıq aksiyasına dəstək olaraq, bu kampaniyaya qoşulublar. Onlar bu addımları ilə bir daha sübut ediblər ki, fələstinli xanımlar öz qardaşlarını heç bir sahədə tək qoymayacaq!

Qeyd edək ki, sentyabrın 6-da altı fələstinli məhbusun Gilboa həbsxanasından qaçmasından sonra sionist rejimin təhlükəsizlik sistemi bütün dünyada gülüş obyektinə çevrilib. Bundan sonra sionist rejim fələstinli əsirlərə, xüsusilə də İslami Cihad üzvü olan əsirlərə qarşı işkəncələri daha da artırıb. 


Story Code: 959322

News Link :
https://www.islamtimes.org/az/news/959322/fələstinli-qadın-məhkumlar-da-aclıq-aksiyasına-qoşuldu

Islam Times
  https://www.islamtimes.org