0
Monday 18 October 2021 - 14:41

NATO: Çinin ölkələrimizə çata biləcək raketləri var!

Story Code : 959327
NATO: Çinin ölkələrimizə çata biləcək raketləri var!
Financial Times-ın verdiyi məlumata görə, Stoltenberq Çinin səbəb olduğu təhlükəsizlik təhdidinin qarşısının alınmasının NATO-nun gələcək planlarında yer alacağını söyləyib. O bildirib ki, Çinin fəaliyyətləri NATO-nun planlarını yenidən nəzərdən keçirməsinə səbəb olub.

NATO baş katibi Çinin kiber imkanları, yeni texnologiyaları və uzaq mənzilli raketlərinin Avropanın təhlükəsizliyinə təsir etdiyinə işarə ilə deyib:

"NATO-nun müttəfiqlərini bu təhdidlərə qarşı necə müdafiə edəcəyi qarşıdakı on il üçün müzakirə ediləcək NATO doktrinasında tam olaraq araşdırılacaq."

NATO baş katibi deyib ki, NATO Şimali Amerika və Avropanın ittifaqıdır. Bu gün məntəqə qlobal problemlərlə üzləşir. Terror, kiber hücumlar və Çinin meydana çıxması. Buna görə də, ümumi müdafiəmizi gücləndirməliyik. Çinin bu gün meydanda görünməsi bizim təhlükəsizliyimizə təsir edə bilər.