0
Monday 18 October 2021 - 14:57

Milyonlarla yəmənli Peyğəmbərin (s) milad gününü qeyd edir

Story Code : 959330
Milyonlarla yəmənli Peyğəmbərin (s) milad gününü qeyd edir
Bu gün, 18 oktyabr (12 Rəbiül-əvvəl) Yəmənin paytaxtı Səna şəhərində və bu ölkənin Səudiyyə Ərəbistanı muzdlularından azad edilmiş 14 əyalətində milyonlarla yəmənlinin iştirakı ilə İslam peyğəmbəri həzrət Məhəmmədin (s)  milad günü münasibətilə möhtəşəm tədbirlər keçirilir.

Ənsarullah Müqavimət Hərəkatının rəsmi veb səhifəsinin verdiyi məlumata görə, bu gün də öncəki illərdə olduğu kimi, ölkənin 15 əyalətində milyonlarla yəmənli, yürüşlər keçirir, böyük coşqu ilə bayramı qeyd edir.

Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdül Məlik Bədruddin əl-Husi də, Rabiül-əvval ayının ilk günlərindəki çıxışında qeyd etmişdi ki, o Yəmən xalqının bu il Məhəmməd Peyğəmbərin (s) miladını möhtəşəm şəkildə qeyd edəcəyinə inanır. Builki bayram Yəmənin bir neçə əyalətinin Səudiyyə muzdlularından təmizlənməsi səbəbindən ikiqat sevinclə keçirilir.