QR CodeQR Code

İran Rusiyadan alacağı hərbi texnikanı açıqladı

19 Oct 2021 00:31

İslamTimes: Rusiyadan qırıcılar və helikopterlər almaqla bağlı sazişin reallaşması üçün müzakirələr apardıq.


Axar.az xəbər verir ki, bu sözləri İran silahlı qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşünün nəticələri haqda danışarkən deyib.

O bildirib ki, Rusiya və İran böyük iqtisadi-ticari, hərbi və siyasi əlaqələrə malikdir:

“Rusiya artıq neçə ildir ki, Buşəhr AES-in tikintisini aparır. Tehran və Moskva hərbi əməkdaşlıq edir, birgə hərbi təlimlər keçirir”.

Qeyd edək ki, qırıcı və helikopterlərin alınması ilə bağlı sazişin İrana silah ixracı ilə bağlı BMT sanksiyaları ləğv edilən kimi imzalanacağı bildirilir.


Story Code: 959407

News Link :
https://www.islamtimes.org/az/news/959407/iran-rusiyadan-alacağı-hərbi-texnikanı-açıqladı

Islam Times
  https://www.islamtimes.org