QR CodeQR Code

Taliban: “İŞİD-in yeraltı dəstəsini məhv etdik”

19 Oct 2021 01:29

İslamTimes: Skynews Arabia-nın xəbərinə görə, Taliban Mətbuat və Mədəniyyət Şurasının üzvü Məhəmməd Cəlal İŞİD-in yeraltı dəstəsinin bir çox üzvünü həbs etdiklərini elan edib.


Deyerler.org YDH-yə istinadən xəbər verir ki, İŞİD-in Nanqarharda həyata keçirdiyi hücumuna cavabdeh şəxsləri ələ keçirdiklərini qeyd edən Məhəmməd Cəlal, İŞİD-ə qarşı əməliyyatların sürətlə davam etdiyini söyləyib.

Talibanın bir səhra komandiri də verdiyi açıqlamasında Taliban kəşfiyyatının mülki şəxslərə və mülki obyektlərə hücum etmək üçün bir çox cəhdləri zərərsizləşdirdiyini qeyd edərək, “xəvaric” adlandırdığı çoxlu sayda İŞİD üzvünü həbs etdiklərini söyləyib.

“Nanqarhardakı hücuma cavabdeh olanların hamısını ələ keçirdik və onlar əməllərini etiraf etdilər. Xarici fitnəsi sürətlə sona yaxınlaşır”, - deyə o, bildirib.


Story Code: 959415

News Link :
https://www.islamtimes.org/az/news/959415/taliban-işid-in-yeraltı-dəstəsini-məhv-etdik

Islam Times
  https://www.islamtimes.org