0
Tuesday 19 October 2021 - 01:29

Taliban: “İŞİD-in yeraltı dəstəsini məhv etdik”

Story Code : 959415
Taliban: “İŞİD-in yeraltı dəstəsini məhv etdik”
Deyerler.org YDH-yə istinadən xəbər verir ki, İŞİD-in Nanqarharda həyata keçirdiyi hücumuna cavabdeh şəxsləri ələ keçirdiklərini qeyd edən Məhəmməd Cəlal, İŞİD-ə qarşı əməliyyatların sürətlə davam etdiyini söyləyib.

Talibanın bir səhra komandiri də verdiyi açıqlamasında Taliban kəşfiyyatının mülki şəxslərə və mülki obyektlərə hücum etmək üçün bir çox cəhdləri zərərsizləşdirdiyini qeyd edərək, “xəvaric” adlandırdığı çoxlu sayda İŞİD üzvünü həbs etdiklərini söyləyib.

“Nanqarhardakı hücuma cavabdeh olanların hamısını ələ keçirdik və onlar əməllərini etiraf etdilər. Xarici fitnəsi sürətlə sona yaxınlaşır”, - deyə o, bildirib.