0
Tuesday 19 October 2021 - 09:37

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi istefa verib

Story Code : 959440
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi istefa verib
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzad istefa verib.

“Report” “Haber Global”a istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken söyləyib.

O deyib ki, Tomas Vest rəsmi Vaşinqtonun Əfqanıstan üzrə yeni xüsusi nümayəndəsi təyin olunub. T.Vest bu təyinata qədər Z.Xalilzadın müavini postunu tutub.

Qeyd edək ki, Z.Xalilzad Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi vəzifəsinə ABŞ-ın sabiq prezidenti Donald Trampın dövründə təyin olunmuşdu. O, ABŞ-ın “Taliban”la müzakirələrində mühüm rol oynayıb.